Haqqımızda
“Sappheiros” Art Production rəssamların əsərlərinin istehsalı və ya interyer və eksteryerdə müxtəlif dekorativ, monumental art obyektlərin yaradılması məqsədilə rəssam Novruz Məmmədov tərəfindən təsis edilib. Müxtəlif yerli və xarici rəssamlarla, həmçinin kommersiya və qeyri-kommersiya xarakterli şirkətlərlə əməkdaşlıq edən “Sappheiros” Art Production hər bir layihə və məhsula xüsusi diqqət, həssaslıq, incəlik və düzgün həll ilə xidmət göstərir. Şirkətin peşəkar yaradıcı komandası heykəl, rəsm və instalyasiyaların eskizlərini hazırlayaraq, onların yüksək səviyyədə reallaşdırılmasını təmin edir. Daş, taxta, dəmir, əlvan metallar, plastik və digər materiallarla peşəkar işləmə bacarığına malik komandamız hər bir məhsulun – hətta istifadəsiz əşyaların belə – gözəl sənət əsərinə, dekorativ elementə və ya funksional art obyektə çevrilməsində yüksək nəticələr göstərir. Bizim üçün gözəllik və keyfiyyət hər zaman öndədir..
